“Qəzza zolağında girovların saxlandığı sığınacaqlardan biri İsrail ordusu tərəfindən bombalanıb”.
Yeniavaz.com xəbər verir ki, bunu HƏMAS hərəkatının silahlı qanadı - “İzzəddin əl-Qəssam Briqadaları”nın nümayəndəsi Əbu Ubeydə qrupun “Telegram” kanalında deyib.
“İsrail ordusu bu yaxınlarda bəzi məhbusların saxlandığı yeri bombaladı”, – Əbu Ubeydə bildirib.
O, iddia edib ki, HƏMAS tərəfdarları girovları dağıntılar altından çıxarmağa çalışıblar. Birini çıxarmaq mümkün olub.