Türkiyənin Suriyadakı səfirliyi 12 ildən sonra fəaliyyətini bərpa etdi


Türkiyənin Dəməşqdəki səfirliyi 12 illik fasilədən sonra fəaliyyətini bərpa edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “CNN Türk” telekanalının canlı bağlantı zamanı məlumat verilib.
Bildirilib ki, səfirliyin fəaliyyətə başladığını bildirən diplomatik nümayəndəlik binası üzərində Türkiyə bayrağı qaldırılıb.
Qeyd edək ki, Türkiyə daha əvvəl respublikanın Suriyadakı müvəqqəti işlər vəkili təyin edib. Bu, Mavritaniyadakı səfir Burhan Koroğlu olub. Hazırda telekanalın verdiyi məlumata görə, o, səfirliyin binasındadır.
Xatırladaq ki, Türkiyənin Suriyadakı səfirliyi 2012-ci ilin mart ayından, Suriya daxili münaqişənin həlli ilə bağlı ciddi siyasi fikir ayrılıqları fonunda iki ölkə arasında münasibətlərin mümkün qədər soyuduğu vaxtdan bəri işləmir.

DİGƏR XƏBƏRLƏR

Top