Seulda aksiya – Prezidentin həbsi tələb edildi


Seulda Milli Assambleya (Parlament) kompleksinin qapıları qarşısında aksiya keçirilib.
Yeniavaz.com
xəbər verir ki, iştirakçılar deputatlar tərəfindən impiçment elan edildikdən sonra Konstitusiya Məhkəməsinin qərarına qədər səlahiyyətləri müvəqqəti olaraq dayandırılmış Prezident Yun Sok Yolun həbsini tələb edirlər.
Cənubi Koreya mətbuatının istinad etdiyi qeyri-rəsmi polis hesablamalarına görə, parlamentin qarşısında 200 minə yaxın insan toplaşıb.
Konstitusiya Məhkəməsinə işi araşdırmaq üçün 180 gün vaxt verilib. Məhkəmə Yun Sok Yolu vəzifəsinə bərpa edə bilər.
Xatırladaq ki, dekabrın 3-də axşam Cənubi Koreya Prezidenti Yun Sok Yol “Şimali Koreya tərəfdarı olan ünsürlərə” və parlament müxalifətinin hərəkətləri nəticəsində icra hakimiyyətinin iflic vəziyyətinə düşməsinə qarşı mübarizə məqsədilə hərbi vəziyyət tətbiq edib. Dekabrın 4-də müxalifət parlamentdə hərbi vəziyyət üçün əsas olmadığından prezidentin konstitusiyanı pozduğunu hesab edərək impiçment proseduruna başlayıb. Parlament bu gün impiçmenti elan edib.

DİGƏR XƏBƏRLƏR

Top