“OpenAI”nin yaradıcısı və icraçı direktoru Sem Altman ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə fonduna 1 milyon dollar ianə etdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
“Prezident Tramp ölkəmizi süni intellekt əsrinə aparacaq və mən onun Amerikanı qabaqda saxlamaq səylərini dəstəkləməyə hazıram”, - Altmanın bəyanatında deyilib.
Nəşr bildirib ki, Altman ianəni “OpenAI”dən deyil, şəxsi imkanları vasitəsilə etməyi planlaşdırır.
Qeyd edək ki, daha öncə “Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta” və Ceff Bezosun təsis etdiyi “Amazon” da Trampın andiçmə fonduna ianələrini açıqlayıb. Hər iki şirkət 1 milyon dollar ianə verəcəklərini bildiriblər.