Cənubi Koreya parlamenti prezidentə impiçment elan edib


Cənubi Koreya parlamenti dekabrın 3-də ölkədə hərbi vəziyyət tətbiq edən prezident Yun Sok Yola impiçment elan edib.
Yeniavaz.com
xəbər verir ki, bunu parlamentin spikeri Vu Von-sik deyib.
Səsvermədə 300 deputatın hamısı iştirak edib. İmpiçmenti 300 deputatdan 204-ü dəstəkləyib. 85 nəfər əleyhinə səs verib, üç nəfər bitərəf qalıb, 8 parlamentarinin səsi isə etibarsız sayılıb.
Növbəti mərhələdə Konstitusiya Məhkəməsi prosesə başlayacaq və impiçmentin təsdiqi və ya Yoon Seok Yeolun vəzifəsinə bərpa olunması barədə qərar verəcək. İşə baxılması 6 aya qədər çəkə bilər.
Xatırladaq ki, dekabrın 3-də axşam Cənubi Koreya prezidenti Yun Sok Yol “Şimali Koreya tərəfdarı olan ünsürlərə” və parlament müxalifətinin hərəkətləri nəticəsində icra hakimiyyətinin iflic vəziyyətinə düşməsinə qarşı mübarizə məqsədilə hərbi vəziyyət tətbiq edib. Dekabrın 4-də müxalifət parlamentdə hərbi vəziyyət üçün əsas olmadığından prezidentin konstitusiyanı pozduğunu hesab edərək impiçment proseduruna başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top