Messinin dəyəri 5 milyon avro azaldı


Argentina millisinin və ABŞ-nin “İnter Mayami” komandasının futbolçusu Lionel Messinin transfer dəyəri açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, dünyaca məşhur “Ttransfermarkt” portalı dekabrın 12-də argentinalı superulduzun yeni transfer qiymətini 20 milyon avro olaraq müəyyənləşdirib.
Qeyd edək ki, portal onun transfer qiymətini bu vaxta qədər 25 milyon avro olaraq qiymətləndirirdi.
Xatırladaq ki, Lionel Messi dekabrın 11-də “İnter Mayami”dəki komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba ilə birgə Azərbaycanda səfərdə olub.

DİGƏR XƏBƏRLƏR

Top