“Ukraynadakı münaqişə 1 milyondan çox insanın ölümünə və yaralanmasına səbəb olub”.
Yeniavaz.com xəbər verir ki, bunu Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Mark Rutte deyib.
“Ukraynada hər həftə hər iki tərəfdən 10 mindən çox insan ölür və ya yaralanır. 2022-ci ilin fevralından qurbanların sayı 1 milyonu ötüb”, - Rutte deyib.
Rutte həmçinin qeyd edib ki, Ukrayna münaqişəsi hər gün daha çox dağıntılara və yeni itkilərə səbəb olur.
Xatırladaq ki, dekabrın 3-də Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkə müharibə başlayandan bəri Rusiya ilə döyüşlərdə 80 mindən az əsgər itirib.
Sentyabrda “The Wall Street Journal” döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin 400 minə yaxın hərbçisinin müxtəlif dərəcəli xəsarətlər aldığını, daha 80 min Ukrayna əsgərini xilas etmək mümkün olmadığını yazıb.