Mərkəzi Bankın İdarə Heyətinin 10 dekabr 2024-cü il tarixli qərarı ilə “Bakı Sığorta” ASC-yə sığorta fəaliyyətinə görə verilən 4 sentyabr 2009-cu tarixli, 000251 nömrəli lisenziya ləğv edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən xəbər verir ki, ASC-nin ləğvetmə prosesinin Azərbaycan qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacağı bildirilir.
Qeyd edək ki, nizamnamə kapitalı 8,9 milyon manat olan “Bakı Sığorta” ASC-nin səhmdarları “Bank Respublika” ASC və “Ekolizinq” MMC-dir.
Murad Məmmədov