Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı açıqlandı


Bu ilin noyabr ayında xarici ölkələrə 182,5 min nəfər Azərbaycan vətəndaşı gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Komitənin açıqladığı məlumatlardan belə görünür ki, noyabr ayında xaricə gedən Azərbaycan vətəndaşlarının sayı oktyabr ayı ilə müqayisədə 13,2 min nəfər və ya 7,8% artıb.
Müqayisə üçün bu il xaricə gedən Azərbaycan vətəndaşlarının aylar üzrə sayını təqdim edirik:
Yanvar – 147,7 min nəfər;
Fevral –  148,8 min nəfər;
Mart –  175,8 min nəfər;
Aprel – 165,9 min nəfər;
May – 169,9 min nəfər;
İyun –  187,1 min nəfər; 
İyul – 227,8 min nəfər;
Avqust – 235,6 min nəfər;
Sentyabr – 188,5 min nəfər;
Oktyabr – 169,3 min nəfər;
Noyabr – 182,5 min nəfər.


Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1 milyon 998,9 min nəfər olub. Azərbaycan vətəndaşlarının 41,4%-i Türkiyəyə, 20,6%-i Rusiyaya, 8,7%-i Gürcüstana, 8,6%-i İrana, 20,7%-i digər ölkələrə səfər ediblər.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top