Fransa Prezidenti Emmanuel Makron Demokratik Hərəkat Partiyasının lideri Fransua Bayrunu ölkənin baş naziri vəzifəsinə təyin edib.
Yeniavaz.com BFM TV-yə istinadla xəbər verir ki, bu barədə Yelisey sarayının kommünikesində deyilir.
Belə ki, 73 yaşlı Bayru dekabrın 4-də Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) hökumətinə etimadsızlıq barədə qətnamə qəbul etməsindən sonra istefa verən həmyaşıdı, 73 yaşlı Mişel Barnyeni əvəz edib.