Çində futbol millisinin keçmiş baş məşqçisi 20 il həbs cəzası aldı


Futbol üzrə Çin milli komandasının keçmiş baş məşqçisi Li Te korrupsiyaya görə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The paper” informasiya portalı məlumat yayıb.
Məlumata görə, hökm dekabrın 13-də Hubey əyalətinin Siannin şəhərinin Ara Xalq Məhkəməsi tərəfindən çıxarılıb.
İstintaqın nəticələrinə görə, 2019-cu ildən 2021-ci ilə qədər Li Te vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ümumilikdə 50,89 milyon yuandan (təxminən 7 milyon dollardan) çox rüşvət alıb. O, baş məşqçi postunu qazanmaq üçün də korrupsiya sxemlərinə əl atıb.
Qeyd edək ki, Çində korrupsiyaya qarşı mübarizə 2012-ci ildə Çin prezidenti Si Cinpinin başçılıq etdiyi “beşinci nəsil” liderlərin hakimiyyətə gəlməsi ilə daha da güclənib. Son bir neçə ildə genişmiqyaslı antikorrupsiya kampaniyası nəticəsində təkcə sıravi məmurlar deyil, yüksək rütbəli məmurlar da tutduqları vəzifələrdən məhrum edilərək həbs ediliblər.

DİGƏR XƏBƏRLƏR

Top