Bakıda 38 milyon manata yeni park salınacaq


Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Yasamal rayonu ərazisində yerləşəm Mərkəzi parkın davamı və ətraf ərazilərin abadlaşdırma işlərinin satın alınması ilə əlaqədar tender müsabiqəsi elan edib.
Yeniavaz.com
xəbər verir ki, müsabiqənin şərtlərinə görə, Mərkəzi parkın davamı S.Tağızadə, A.Şaiq, və N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq.
Bakı Şəhər İcra Hakimiyyəti yeni parkın salınması üçün 38 milyon manat ayıracaq.
Məlumat üçün bildirək ki, tender müsabiqəsinin şərtlərində yer alan məlumata görə, 36 min 658 kv. metr ərazidə binaların uçurulma metodu ilə sökülməsi nəzərdə tutulub. Lakin, Mərkəzi parkın davamının salınacağı S.Tağızadə, A.Şaiq, və N.Aşurbəyova küçələrinin əhatəsindəki köhnə tikililər artıq sökülüb. “Google Earth” proqramı vasitəsiylə ilə qeyd olunan əraziyə baxıldığı zaman açıq şəkildə görülür ki, bir neçə köhnə tikilidən başqa ərazidə heç bir tikili qalmayıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top