Türkiyənin Bursa şəhərində məhkəmə zalında silahlı insident olub.
Yeniavaz.com Haberler.com-a istinadla xəbər verir ki, hadisə şikayətçinin atasının açdığı atəş nəticəsində baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisədə şübhəli bilinən şəxxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Silahın məhkəmə zalına əlil arabası ilə gətirildiyi ehtimal edilir.
Hadisə yerinə təcili yardım avtomobilləri cəlb olunub, həmçinin, məhkəmə binası boşaldılıb.