Çin Prezidenti Si Cinpinin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi üçün Vaşinqtona getməsi gözlənilmir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Amerikanın “CBS News” telekanalı mənblələrə istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, tədbirdə Çini ölkənin ABŞ-dəki səfiri təmsil edəcək. Mərasimdə səfirlə yanaşı, digər Çin rəsmiləri də iştirak edəcək.
Qeyd edək ki, “CBS News” çərşənbə günü mənbələrə istinadla Donald Trampın Si Cinpini andiçmə mərasiminə dəvət etdiyini xəbər vermişdi. Bunu daha sonra respublikaçıların seçki kampaniyasının sözçüsü Kerolayn Livitt də təsdiqləmişdi. O, Çin Xalq Respublikasının sədrinin dəvəti qəbul edib-etməməsi barədə heç nə deməmişdi.
Xatırladaq ki, ABŞ prezidentinin andiçmə mərasiminə adətən səfirlər və digər yüksək rütbəli diplomatlar dəvət olunur. Dövlət Departamentinin məlumatına görə, 1874-cü ildən bəri heç bir xarici lider ABŞ-də dövlət başçısının andiçmə mərasimində iştirak etməyib.