Ərdoğan Blinkenlə nələrdən danışıb?


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Antoni Blinkeni qəbul edib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, qəbul Esenboğa Hava Limanındakı Dövlət Qonaq Evində baş tutub.
Görüşdə Suriyadakı son vəziyyət və regiondakı hadisələr müzakirə edilib.
Ərdoğan Türkiyənin hər zaman Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasının tərəfdarı olduğunu, beynəlxalq ictimaiyyətin Suriyadakı qurumların dirçəldilməsi və yenidən qurulması istiqamətində birgə çalışmalı olduğunu bildirib.
O, Türkiyənin Suriyada fəaliyyət göstərən və Türkiyə üçün təhlükə mənbəyi olan PKK/PYD/YPG və İŞİD terror təşkilatları başda olmaqla bütün terror təşkilatlarına qarşı qabaqlayıcı tədbirlər görəcəyini bildirib.
Görüşdə İsrailin Qəzza və Livana hücumları, həmçinin, Qəzzada atəşkəs məsələsi müzakirə edilib.
Ərdoğan həmçinin Türkiyənin Türkiyə-ABŞ əlaqələrini hər sahədə inkişaf etdirmək səylərinin yeni dövrdə də davam edəcəyini bildirib.
Onları görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan müşayiət edib.
Qeyd edək ki, ABŞ Dövlət katibi Antoni Blinken iki günlük rəsmi səfər çərçivəsində Türkiyəyə gəlib.

DİGƏR XƏBƏRLƏR

Top