“Telegram” 2024-cü ildə 15 milyondan çox kanal və qrupu bloklayıb


“Telegram” messenceri 2024-cü ildə bloklanan kanalların statistikasını dərc edib.
Yeniavaz.com
xəbər verir ki, statistikaya görə 15,3 milyon qrup və kanal bloklanıb.
Bildirilib ki, 702,000 bloklanmış kanalda cinsiləşdirilmiş uşaqlara qarşı zorakılıq haqqında material var və daha 129,000 kanal terrorizmlə əlaqəyə görə bağlanıb.
Hesabatda qeyd edilir ki, 2022-ci ildən bəri terrorla əlaqəli 100 milyondan çox məzmun silinib.
Xatırladaq ki, avqustun sonunda “Telegram”ın yaradıcısı Pavel Durov Parisdə saxlanılıb. O, mütəşəkkil cinayətkarlıqla bağlı bir sıra cinayətlərdə, o cümlədən narkotik vasitələrin və uşaq pornoqrafiyasının yayılmasında iştirakda, habelə səlahiyyətli orqanlar tərəfindən sorğu edildikdə məlumat verməkdən imtina etməkdə ittiham olunur. Beş gün sonra Pavel Durov beş milyon avro məbləğində girov və həftədə iki dəfə polis idarəsinə xəbər vermək öhdəliyi ilə sərbəst buraxılıb. Onun Fransadan kənara çıxması qadağandır.
Fransa mətbuatının məlumatına görə, Durov həbs edildikdən sonra messencer müxtəlif ölkələrlə əməkdaşlığa başlayıb, onların hüquq-mühafizə orqanlarının tələbi ilə məlumat verib.

DİGƏR XƏBƏRLƏR

Top