Qəzzada daha 30 fələstinli öldü


Son sutka ərzində blokadaya alınmış Qəzza zolağında İsrail qüvvələrinin anklav ərazisini bombalaması və atəşə tutması nəticəsində ən azı 30 nəfər ölüb, 99 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi rəsmi “Telegaram” kanalında məlumat yayıb.
Nazirlik qeyd edib ki, bir neçə nəfər hələ də itkin düşmüş hesab olunur və qurbanlardan bəziləri bombardman zamanı dağılmış binaların dağıntıları altında qalıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə, İsrailin Qəzzada hərbi əməliyyata başlamasından indiyədək anklavın əhalisi arasında ölənlərin sayı 44 min 835, yaralananların sayı 106 min 356 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top