Xərclərimizin 55%-i ərzaq və içkilərə sərf olunub


Bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 480 manatlıq məhsul alıb.
Yeniavaz.com
xəbər verir ki, alınan məhsulların 263,2 manatını (54,8%-ini) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 216,8 manatını (45,2%-ini) isə qeyri-ərzaq malları təşkil edib.
Qeyd edək ki, ötən ilin eyni dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 459,2 manatlıq, o cümlədən 256,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 202,4 manatlıq qeyri-ərzaq malları alıb.
Rəqəmlərdən də göründüyü kimi, ötən illə müqayisədə bu il insanlar ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 6,4 manat, qeyri-ərzaq mallarına isə 14,4 manat daha çox pul xərcləyiblər.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top