Tramp Si Cinpini andiçmə mərasiminə dəvət etdi – KİV


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpini 2025-ci il yanvarın 20-də Vaşinqtonda keçiriləcək andiçmə mərasiminə dəvət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə çərşənbə günü “CBS News” öz mənbələrinə istinadla məlumat yayıb.
Bildirilib ki, Tramp Si Cinpini noyabrın əvvəlində, seçkidən qısa müddət sonra dəvət edib, lakin onun dəvəti qəbul edib-etmədiyi hələlik məlum deyil.
Telekanalın məlumatına görə, andiçmə mərasimində xarici ölkələrin bir neçə yüksək rütbəli nümayəndəsinin iştirak edə biləcəyi gözlənilir. İlkin məlumatlara görə, Macarıstanın Baş naziri Viktor Orban da dəvət olunanlar arasındadır.
Qeyd edək ki, ABŞ prezidentlərinin andiçmə mərasiminə adətən səfirlər və digər yüksək rütbəli diplomatlar dəvət olunur. Dövlət Departamentinin məlumatına görə, 1874-cü ildən bəri heç bir xarici lider prezidentin andiçmə mərasimində iştirak etməyib.

DİGƏR XƏBƏRLƏR

Top