
İsveçrəli siyasətçi, əvvəllər ölkənin maliyyə naziri və vitse-prezidenti vəzifələrində çalışmış Karin Keller-Zutter 2025-ci il üçün prezident seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsveçrə Federal Assambleyası (Parlament) məlumat yayıb.
Qeyd edək ki, Keller-Zutter 203 səsdən 168 səs toplayıb. O, 2025-ci il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq. Qi Parmelen vitse-prezident vəzifəsinə seçilib. O, əvvəllər ölkənin iqtisadiyyat naziri olub.