“Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp arasında söhbət hələ planlaşdırılmayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Xeyr, planlaşdırılmayıb. Hələlik Trampdan heç bir təşəbbüs olmayıb. Ən azı inauqurasiyaya qədər gözləyirik, sonra baxarıq”, - Kreml nümayəndəsi bildirib.