NATO hərbi xərclər həddini ÜDM-in 3%-nə qaldıra bilər – “Bloomberg”


NATO 2025-ci ildə hərbi xərclər üçün yeni həddi ÜDM-in 2%-dən 3%-nə qaldıra bilər ki, bu da ittifaq ölkələrinin silah istehsalı ilə bağlı yeni hədəflərə çatması üçün zəruridir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, iyun ayında keçiriləcək sammitdə tankların, təyyarələrin və digər silah sistemlərinin sayı üçün yeni konkret hədəflər qəbul ediləcək və bu, müttəfiq ölkələrin məcburi müdafiə xərclərinin ÜDM-in 3%-nə qədər artırılmasını tələb edə bilər.
Alyans artıq hərbi xərclərin səviyyəsini artırmaq üçün hazırlıq kampaniyasına başlayıb. Xüsusən də, baş katib Mark Rutte son bir ayda ÜDM-in 2%-nin qeyri-kafi olduğunu dəfələrlə bəyan edib.
NATO ölkələrinin hərbi xərclərinin artırılmasını ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp da tələb edir. Belə ki, o, hələ 2016-cı ildə ilk prezidentlik dövründə blokun Brüsseldə keçirilən sammitində Aİ liderlərinə ədalətli xərc səviyyəsini 4% hesab etdiyini bəyan edib.
Öz növbəsində, Avropa Müdafiə Komissarı postunu tutan litvalı Andrius Kubilius da NATO-nun hərbi tələblərini maliyyələşdirmək üçün növbəti 10 il ərzində 500 milyard avro dəyərində Aİ avrobondlarının buraxılması təklifi ilə çıxış edib.

DİGƏR XƏBƏRLƏR

Top