Agentlik son 15 gündə 3 şirkətdən 1,5 milyon manatlıq 33 avtomobil alıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan Sosial Xidmətlər Agentliyi “Autouniversal” MMC-dən (VÖEN – 1305788991) 581 min manata 14 ədəd minik avtomobili alır.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin şərtlərinə görə minik avtomobilləri minimum 2023-cü il istehsalı olmalıdır.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi təxminən 10 gün əvvəl “Yenimotor” MMC-dən (VÖEN – 1400531391) 305 min manata 5 ədəd pikap tipli avtomobil alıb.
Bundan başqa, Agentlik 15 gün əvvəl “Toyota Absheron Merkezı” MMC-dən (VÖEN – 3103678821) 567 min manata 14 ədəd, bu ilin əvvəlində isə 589 min 50 manata 9 ədəd minik avtomobili alıb.
Məlumat üçün bildirək ki, “Autouniversal” MMC “Fiat”, “Yenimotor” MMC “Honda”, “Toyota Absheron Merkezı” MMC isə “Toyota” markalı avtomobillərin satışı ilə məşğul olur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top