Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artaraq 3,1 milyard dollar təşkil edib.
Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, yanvar-noyabr ayları ərzində yeyinti məhsulları 12,3% artaraq 923 milyon dollara bərabər olub.
Bu ilin 11 ayı ərzində şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 65,4% artaraq 37,5 milyon dollar, pambıq lifi 52,6% artaraq 170 milyon dollar, bitki mənşəli yağlar və piylər 32% artaraq 25,5 milyon dollar, qiymətli metallar 29% artaraq 189,8 milyon dollar, kimya sənayesi məhsulları 19,6% artaraq 265,6 milyon dollar, spirtli və spirtsiz içkilərin ixracı 13,5% artaraq 64,4 milyon dollar, çay 1,6% artaraq 6 milyon dollar, qara metallar 1,9% artaraq 48,2 milyon dollar, alüminium və ondan hazırlanan məmulatlar 1,5% artaraq 182,7 milyon dollar təşkil edib.
Yanvar-noyabr ayları ərzində aqrar məhsullar 4,4% artaraq 701,7 milyon dollar, aqrar-sənaye məhsulları 58,3% artaraq 287,3 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 15,9% artaraq 988,9 milyon dollar təşkil edib.