ABŞ Rusiya aktivləri hesabına Ukraynaya 20 milyard dollar kredit ayırıb


ABŞ Maliyyə Nazirliyi Qərbdə dondurulan Rusiyanın aktivlərindən əldə edilən gəlirlər hesabına Ukraynaya 20 milyard dollar kredit ayrıldığını açıqlayıb.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, kredit G7 ölkələrinin Kiyevə 50 milyard dollar kredit ayırması təşəbbüsünün bir hissəsi kimi göndərilir. :
ABŞ maliyyə naziri Canet Yellen bildirib ki, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə ödənilən bu vəsaitlər Ukraynaya kritik dəstək verəcək.
O əlavə edib ki, Vaşinqton Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Avropadakı aktivlərinin oğurlanmasına mütləq cavab verəcək.

DİGƏR XƏBƏRLƏR

Top