“Elfsborq”-“Qarabağ” oyununun hakimləri açıqlandı


“Qarabağ”ın Avropa Liqasının VI turunda İsveçdə “Elfsborq”a qarşı keçirəcəyi oyuna hakim təyinatı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat dərc olunub.
Məlumata görə, qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Antoniu Nobre olacaq. Ona yan xətt hakimləri Pedro Ribeyru və Nelson Pereyra kömək edəcəklər.
Qeyd edək ki, dekabrın 13-də baş tutacaq “Elfsborq”-“Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

DİGƏR XƏBƏRLƏR

Top