Bill Qeyts tövsiyə etdiyi kitabları açıqladı


“Microsoft” texnologiya şirkətinin həmtəsisçisi Bill Qeyts ənənəvi olaraq son bir ildə ən çox nə oxuduğunu və hansı kitabları tövsiyə etdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Naked Science” məlumat yayıb.
Sahibkarın sözlərinə görə, süni intellekt haqqında ən yaxşı kitab Mustafa Süleymanın yeni texnologiyaların müasir dünyaya təsirindən bəhs edən “The Coming Wave” kitabı olub.
Qeyts mobil qüllələrdən kabel qutularına qədər müasir infrastrukturun sirlərini və iş prinsiplərini açan Qreydi Hillhaunun “Engineering in Plain Sight” əsərini yüksək qiymətləndirib.
Qeyts həmçinin idmançı Rocer Federerin tərcümeyi-halını - Doris Henkelin “Federer” kitabını, Amerika prezidentləri Con Kennedi və Lindon Consonun müşaviri Riçard Qudvinin həyat hekayəsini və Doris Kerns Qudvinin “An Unfinished Love Story” kitabını oxumağı tövsiyə edib.
Qeyts uşaqlar və yeniyetmələrlə işləyən hər kəsə Conatan Haydtın “The Anxious Generation” kitabını oxumağı məsləhət görüb. Qeytsin sözlərinə görə, bu kitab ona uşaqlığını yenidən düşünməyə vadar edib.

DİGƏR XƏBƏRLƏR

Top