Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlu və həyat yoldaşı Selvi Kılıçdaroğlu avtomobil qəzası keçirib.
Yeniavaz.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, Kamal Kılıçdaroğlu qudası Orxan Nadirin dəfnində iştirak etmək üçün Antalyaya gedərkən xidməti avtomobili ilə qəzaya düşüb.
Bildirilir ki, qəza zamanı Kamal Kılıçdaroğlu və həyat yoldaşı ciddi xəsarət almayıblar.