Suriyada müxalif qüvvələrin komandanlığı hicabla bağlı mövqeyini açıqlayıb


Suriyadakı silahlı müxalifətin komandanlığı qadınların öz geyimlərini seçmək hüquq olduğunu və məcburi hicab taxmağı qadağan etdiyini açıqlayıb.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə Suriyanın “Əl-Vatan” qəzeti xəbər verib.
“Ali Komandanlıq qadınları müəyyən üslubda geyim geyinməyə məcbur etməyi, onların seçim hüququna müdaxilə etməyi və ya xarici görünüşü ilə bağlı iddialar irəli sürməyi qəti şəkildə qadağan edir”, – nəşr komandanlığın sözlərindən sitat gətirir.
Xatırladaq ki, noyabrın 27-də silahlı müxalifət qrupları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma başlayıb. Dekabrın 7-də axşam saatlarında onlar Hələb, Həma, Dəra və Homs da daxil olmaqla bir neçə əsas şəhəri nəzarətə götürüblər. Dekabrın 8-də isə müxalifət qüvvələri paytaxt Dəməşqə daxil olub.

DİGƏR XƏBƏRLƏR

Top