Rusiyanın mümkün təcavüzünə görə Aİ ölkələrindən 100 milyard avro tələb olunur


Avropanın müdafiə üzrə komissarı Andrius Kubilius Avropa İttifaqı (Aİ) ölkələrindən Rusiyanın mümkün təcavüzünə hazırlıq üçün növbəti yeddi illik ittifaq büdcəsinə 100 milyard avro ayırmağı tələb edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Politico” qəzetinə müsahibəsində bildirib.
Məlumata görə, bu məbləğ Aİ-nin cari yeddiillik büdcəsində müdafiəyə ayrılan məbləğdən on dəfə çoxdur.
“Rusiyanın mümkün təcavüzünə hazır olmalıyıq. Əgər Ukraynada uğursuzluğa düçar olsaq, təbii ki, Rusiyanın Aİ-yə üzv dövlətlərə qarşı hərbi təcavüzü ehtimalı arta bilər”, - deyə iki dəfə Litvanın baş naziri olmuş Kubilius qeyd edib.
Qeyd edək ki, Aİ-nin 2021-2027-ci illər üçün hazırkı yeddiillik büdcəsində müdafiəyə 10 milyard avro ayrılıb.

DİGƏR XƏBƏRLƏR

Top