Keçid dövründə ölkə hökumətinə Suriyanın keçmiş baş naziri Riyad Hicab rəhbərlik edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Hicab 2012-ci ildə Suriyanın baş naziri olub.
Qeyd edək ki, noyabrın 27-də silahlı müxalifət qrupları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam onlar bir neçə böyük şəhəri (Hələb, Həma, Dəra və Homs) ələ keçiriblər. Dekabrın 8-də isə müxalif qüvvələr paytaxt Dəməşqə daxil olublar. Suriya hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali respublikada hakimiyyətin sülh yolu ilə təhvil verilməsinə hazır olduğunu bildirib. Bəşər Əsəd isə ailəsi ilə birlikdə ölkəni tərk edərək Rusiyadan sığınacaq alıb.