Bəşər Əsədin Suriyanın paytaxtı Dəməşqdə yerləşən dəbdəbəli evi yağmalanıb.
Yeniavaz.com xəbər verir ki, bunu əks etdirən kadrlar sosial şəbəkələrin Suriya seqmentində dərc olunub.
Kadrlarda paytaxt əhalisinin devrilmiş prezidentin evinə daxil olaraq dəyərli əşyaları yağmaladığı müşahidə olunur.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, artıq Suriyada Bəşər Əsədin rəhbərlik etdiyi hökumət ölkəyə nəzarəti itirib. Bəşər Əsədin özünün isə paytaxt Dəməşqi tərk etdiyi bildirilir. Hətta onun təyyarəsinin qəzaya uğraması, Bəşər Əsədin ölməsi ilə bağlı iddialar da var. Müxalif qüvvələr isə hazırda paytaxtda nəzarəti ələ keçirir, idarəetməni dinc yolla əldə etmək üçün danışıqlar aparırlar.