Zelenski Trampın yaydığı məlumatı təkzib etdi – Ukraynanın itkilərini açıqladı


Xəbər verdiyimiz kimi, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynanın indiyədək döyüş meydanında 400 min hərbçi itirdiyini yazıb.
Yeniavaz.com
xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu məlumatı təkzib edib.
Belə ki, Prezidentin “Telegram” kanalında dərc olunan məlumata görə, indiyədək Ukraynanın 43 min hərbçisi dünyasını dəyişib.
“Yenilənmiş məlumatlara görə, Rusiyanın itkiləri 750 mini keçib. Onların 198 mini həlak olub, 550 mindən çoxu isə yaralıdır. Xalqımız öz yurdunu canları bahasına müdafiə edir, əsgərlərimizin və mülki vətəndaşlarımızın hər birinin həyatı bizim üçün dəyərlidir. Tammiqyaslı müharibə başlayandan bəri, Ukrayna döyüş meydanında 43 min hərbçisini itirib ki, bu rəqəm ordumuzun yaralılarının təxminən 50 faizinə bərabərdir”, - Zelenski qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top