Xəbər verdiyimiz kimi, artıq Suriyada Bəşər Əsədin rəhbərlik etdiyi hökumət ölkəyə nəzarəti itirib. Bəşər Əsədin özünün isə paytaxt Dəməşqi tərk etdiyi bildirilir. Hətta onun təyyarəsinin qəzaya uğraması, Bəşər Əsədin ölməsi ilə bağlı iddialar da var. Müxalif qüvvələr isə hazırda paytaxtda nəzarəti ələ keçirir, idarəetməni dinc yolla əldə etmək üçün danışıqlar aparırlar.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə Bəşər Əsədə məxsus olduğu bildirilən avtomobil qarajının görüntüləri yayılıb.
Sözügedən kadrlarda, dəyəri yüzminlərlə, hətta milyonlarla dollarla ölçülən onlarla avtomobilin olduğu görünür.
Həmin görüntüləri təqdim edirik: