Saxlanılan bütün “Meydan TV” əməkdaşları barədə qərar verildi – Yenilənib


“Meydan TV” əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.
Yeniavaz.com
“Report”a istinadla xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə ayrı-ayrılıqda qətimkanla bağlı təqdimatlara baxılıb.
Təqdimatlar təmin edilib və saxlanılan şəxslərin hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***13:32
“Meydan TV” əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılır.
Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə ayrı-ayrılıqda qətimkanla bağlı təqdimatlara baxılır.
İndiyə qədər Aysel Umudova və Aytac Əhmədova barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda digərləri barəsində də təqdimatlara baxılır.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatda adıçəkilən şəxslərin ölkəyə qanunsuz xarici valyuta gətirməsi ilə bağlı daxil olan məlumat əsasında saxlanıldığını bildirilib.
Onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.
Meydan TV rəhbərliyi isə bəyanat yayaraq, jurnalistlərimin saxlanılmasının, dindirilməsinin qeyri-qanuni olduğunu bildirib və bütün ittihamları rədd edib.

DİGƏR XƏBƏRLƏR

Top