Xəbər verdiyimiz kimi, artıq Suriyada Bəşər Əsədin rəhbərlik etdiyi hökumət ölkəyə nəzarəti itirib. Bəşər Əsədin özünün isə paytaxt Dəməşqi tərk etdiyi bildirilir.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, vaxtilə Bəşər Əsəd hökumətinin təzyiqlərindən qaçaraq Türkiyəyə sığınmış suriyalı miqrantlar hazırda yaranmış vəziyyəqi qeyd edirlər.
Bildirilib ki, Konyada səhər namazına toplaşan onlarla suriyalı Əsəd ailəsinin 53 illik hakimiyyətinin bitməsini təkbirlərlə qeyd ediblər.
Bəşər Əsəd hakimiyyətinin süqutu ən çox suriyalı miqrantın yaşadığı Hatayda da xüsusi coşğu ilə qeyd olunub. Reyhanlı rayonunda xeyli sayda insan avtomobilləri ilə küçələrə axışıb.
Kilisdə də oxşar vəziyyət yaşanıb. İstanbulun fərqli-fərqli rayonlarında yaşayan suriyalılar da müxaliflərin Dəməşqdə nəzarəti ələ almasından sonra küçələrə, meydanlara axışıb, Bəşər Əsəd əleyhində şüarlar səsləndiriblər.