İspaniya La Liqasının 16-cı həftəsində “Real Madrid” səfərdə “Jirona”nı 3:0 hesabı ilə məğlub edib.
Yeniavaz.com xəbər verir ki, Madrid təmsilçisini 36-cı dəqiqədə Cud Bellinqem önə keçirib.
Matça əsas heyətdə başlayan Türkiyə millisinin ulduzu Arda Gülər də bu mövsüm ilk qolunu vurub. 19 yaşlı yarımmüdafiəçi 55-ci dəqiqədə Bellinqemin ötürməsini qola çevirib və “Real Madrid”i 2:0 önə keçirib.
Oyunda sonuncu qolu isə 62-ci dəqiqədə Mbappe vurub.
Bu nəticə ilə “Real Madrid” xalını 36-ya yüksəldib və lider “Barselona” ilə xal fərqini 2-yə endirib.
“Kral klubu” İspaniya La Liqasında gələn həftə səfərdə “Rayo Valyekano” ilə qarşılaşacaq.