Suriya hökumət qüvvələri Palmiradan geri çəkilib – “Əl-Cəzirə”


Suriya hökumət qüvvələri Hums əyalətinin mərkəzi hissəsində yerləşən Palmiradan geri çəkilib və “Azad Suriya Ordusu” adlandırılan bölmələr şəhərə daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb .
Bildirilir ki, silahlı qruplar hərbçilərin istifadə etdiyi silah anbarlarını ələ keçirə bilib. Bundan əlavə, telekanalın məlumatına görə, yaraqlılar Hums əyalətinin cənubundakı strateji əhəmiyyətli Cebel əl-Qurab ərazisinə nəzarəti ələ keçiriblər.
Qeyd edək ki, Palmira qədim şəhərdir və xarabalıqları müasir Tadmorun yaxınlığında yerləşir. 2015-ci ilin mayında Palmira İŞİD tərəfindən ələ keçirilib. Suriya hökumət qüvvələri 2017-ci ilin martında Rusiya hərbçilərinin köməyi ilə Palmiranı geri ala bilib.
İŞİD silahlıları qədim şəhərin ən məşhur abidəsini - eramızın III əsrinə aid olan Zəfər tağını dağıdıblar.

DİGƏR XƏBƏRLƏR

Top