Gürcüstanda iqtisadiyyat nazirinin keçmiş müavini Nikoloz Alavidze və oğlu dünən axşam keçirilən aksiyada həbs edilib.
Yeniavaz.com Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Nikoloz Alavidzenin yaxınları yayıb.
Nikoloz Alavidze 2019-cu ildə hakim “Gürcü arzusu”nun idarəçiliyi dövründə iqtisadiyyat nazirinin müavini postunu tutub. Bundan sonra o, həm də Reqbi İttifaqının vitse-prezidenti olub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, dekabrın 6-7-də Tbilisidə keçirilən etiraz aksiyasında daha 48 nəfər həbs edilib.