![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/8/18/1/2645d775-0a43-44c5-9b1d-9ef0d6130f94/lavrov-esebi.jpg)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dohada keçirilən forumdakı çıxışında Suriya ərazilərinin terrorçular tərəfindən ələ keçirilməsini qəbuledilməz adlandırıb.
Yeniavaz.com "Kommersant"a istinadən xəbər verir ki, Lavrov “Həyat Təhrir əl-Şam” qruplaşmasının hazırda geosiyasi məqsədlər üçün istifadə olunduğunu və bunun qəbuledilməz olduğunu bəyan edib.
Nazir vurğulayıb ki, Rusiya yaraqlılarla mübarizədə Suriya ordusuna kömək etməyə davam edəcək.
Qeyd edək ki, bu gün – dekabrın 7-də Suriyadakı vəziyyətlə bağlı Dohada Astana formatında fövqəladə danışıqlar keçirilib.