Azərbaycanda il ərzində atmosferə 144 min 432,4 ton çirkləndirici maddələr atılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, atmosferə atılan çirkləndirici maddələrin 73%-i və ya 105 min 291,5 tonu paytaxt Bakının payına düşüb.
Qeyd edək ki, Bakıda atmosferə atılan çirkləndirici maddələrin isə təxminən yarısı 2 rayonun – Nizami və Səbail rayonlarının payına düşüb.
Paytaxt Bakının rayonlarından atmosferə atılan çirkləndirici maddələrin miqdarı aşağıdakı kimi olub:
Nizami rayonu – 33 718,4 ton
Səbail rayonu – 28 642,3 ton
Pirallahı rayonu – 21 173,7 ton
Qaradağ rayonu – 10 655,3 ton
Xətai rayonu – 4 539,5 ton
Xəzər rayonu – 1 620,2 ton
Sabunçu rayonu – 1 298,9 ton
Suraxanı rayonu – 1 125,5 ton
Binəqədi rayonu – 980,4 ton
Nərimanov rayonu – 800,5 ton
Nəsimi rayonu – 496 ton
Yasamal rayonu – 240,8 ton
Elnur Əli