“Fənərbağça” Türkiyə Kubokunda iştirak etməyəcək


Türkiyənin “Fənərbağça” klubu 2024-25 mövsümündə futbol üzrə Türkiyə Kubokunda iştirak etməyəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İstanbul təmsilçisi bununla bağlı noyabrın 29-da TFF-yə məktub göndərib.
“Fənərbağça” məktubda klubun 2024/2025 mövsümündə Türkiyə Kubokunda iştirak etməyəcəyini bildirib.
Qeyd edək ki, Türkiyə Kuboku bu il yenidən qrup formatında keçiriləcək. Qrup mərhələsinin matçları yanvarın 7-də start götürəcək.

DİGƏR XƏBƏRLƏR

Top