Rusiyanın baş naziri Mixail Mişustin Rusiyanın bütün ərazisində miqrantlar üçün imtahanların vahid qiymətinin tətbiqi haqqında fərman imzalayıb.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, Rusiya vətəndaşlığını qəbul etmək üçün rus dilindən imtahanların verilməsinə görə rüsum 2 950 rubl (29,5 dollar) müəyyə edilib. Rusiya tarixi və qanunvericiliyin əsasları üzrə imtahanın da rüsumu 2 950 rubl (29,5 dollar) olub.
Bunlardan başqa müvəqqəti yaşamaq icazəsi almaq üçün 5 900 rubl (59 dollar), iş icazəsi almaq üçün isə 3 800 rubl (38 dollar) rüsum müəyyən edilib.