Dünyada mal ətinin ən baha və ən ucuz satıldığı ölkələr – Siyahı


Azərbaycanda 1 kiloqram mal ətinin orta qiyməti 9,7 dollara (16,5 manat) bərabərdir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat məşhur "numbeo" portalında yer alıb.
Portalda yer alan məlumatlardan belə görünür ki, mal əti hazırda ən ucuz qiymətə Pakistanda satılır. Bu ölkədə mal ətinin 1 kiloqramı 4 dollara bərabərdir.
Məlumat üçün bildirək ki, "numbeo" portalının açıqladığı və 98 ölkəni əhatə edən reytinq siyahısında mal ətinin ən baha qiymətə satıldığı ölkə kimi İsveçrə göstərilib. Verilən məlumata görə, İsveçrədə mal ətinin 1 kiloqramı 46,3 dollara satılır.
Dünyada mal ətinin ən baha və ən ucuz satıldığı 10 ölkə, həmçinin region ölkələrində mal ətinin qiyməti aşağıdakı kimi olub:
İsveçrə – 46,3 dollar
Cənubi Koreya – 29,6 dollar
Norveç – 26,6 dollar
Luksemburq – 23,5 dollar
Honq Konq – 22,2 dollar
Avstriya – 21,1 dollar
Finlandiya – 20,5 dollar
Sinqapur – 19,7 dollar
Fransa – 19,6 dollar
İsrail – 19,1 dollar
Türkiyə – 18,5 dollar
Ermənistan – 12 dollar
Azərbaycan – 9,7 dollar
İran – 9,6 dollar
Gürcüstan – 9,3 dollar
Özbəkistan – 8,1 dollar
Moldova – 8 dollar
Qazaxıstan – 6,9 dollar
Belarus – 6,9 dollar
Rusiya – 6,9 dollar
Braziliya – 6,7 dollar
Cənubi Afrika Respublikası – 6,5 dollar
Banqaladeş – 6,5 dollar
Ukrayna – 6,1 dollar
Boliviya – 6 dollar
Hindistan – 5,8 dollar
Nepal – 5,7 dollar
Kenya – 4,9 dollar
Nigeriya – 4,8 dollar
Pakistan – 4 dollar

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top