Rumıniya Konstitusiya Məhkəməsi prezident seçkilərinin 1-ci turunun nəticələrini ləğv edib.
Yeniavaz.com xarici KİV-lərə istinadən xəbər verir ki, seçkilərinin 1-ci turunda Rusiyayönlü namizəd, “ultrasağçılar” hesab edilən Kalin Georgeu və onun qərbyönlü rəqibi ikinci tura çıxıb.
Məhkəmə qərarını Konstitusiyanın seçki prosesinin düzgün və qanunauyğunluğundan bəhs edən 146-cı maddəsi ilə əsaslandırıb.
İlk turda ən çox səs toplayan Kalin Qeorgesku Ukraynanın “uydurma dövlət” olduğunu deyib və seçicilərə Ukraynaya dəstəyi dayandıracaqlarına söz verib. Onun rəqibi isə əksinə, Qərblə inteqrasiyanın və əməkdaşlığın artırılması tərəfdarı olub.