"İdlib, Hama, Hums və hədəf əlbəttəki Dəməşq. Müxalifətin bu yürüşü hazırda davam edir. Biz bunu həm kəşfiyyat, həm də bütün media vasitəsilə izləyirik. Təbii ki, Suriyadakı bu yürüşün heç bir problem olmadan davam edəcəyinə ümid edirik”.
Yeniavaz.com “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə Prezidenti bildirib ki, Livanın yenə baş naziri onunla görümək istəyir: “Yəqin görüşəcəyik. Bildiyiniz kimi, Livan çox çətin vəziyyətdədir. Əlimizdən gələni edəcəyik. Biz Türkiyə olaraq bu ehtiyacları qarşılamaq üçün əlimizdən gələni etməyə davam edəcəyik. Türkiyə olaraq dünyanın susduğu bir vaxtda yardımlarımızı davam etdirəcəyik”.