Bu ilin yanvar-noyabr aylarında (01.01.2024 - 01.12.2024 tarixinə) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 5 milyard 725,4 milyon dollar (9 milyard 733,2 milyon manat) olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə ARDNF-dən məlumat verilib.
Bildirilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə əldə olunan gəlirlər 9,9% azalıb. Belə ki, 2023-cü ilin eyni dövründə bu göstərici 6 milyard 353,8 milyon dollar olub.