C. K. Roulinqin yazdığı “Harri Potter” kitabları əsasında “Harri Potter” serialının çəkilişləri növbəti yay eyniadlı filmlərin çəkildiyi Livsdendə başlayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Warner Bros. Discovery” studiyası məlumat verib.
Məlumata görə, ssenarist Françeska Qardiner və rejissor Mark Maylod bildiriblər ki, onlar baş rollar üçün 32 000 uşağı dinləyiblər və kastinq qrupu hazırda hər birini nəzərdən keçirmək üçün gündə 500-dən 1000-ə qədər videoyazıya baxır. Onlar kastinqlə bağlı hələ yekun qərar verməsələr də, Maylod növbəti addımın yanvar ayında bəzi namizədlərlə seminar olacağını bildirib.
Qardiner və Maylod həmçinin personajların kanonik yaşlarına sadiq qalacaqlarını bildiriblər. Məsələn, Severus Sneyp (ehtimal ki, bu rolu Paapa Essiedu canlandıracaq) təxminən 30 yaşında olacaq. Ceyms və Lili Potter isə öləndə cəmi 21 yaşında olduqları üçün daha gənc olacaqlar.