
Amerikalı sahibkar və “SpaceX”in qurucusu İlon Mask 2024-cü ildə Donald Tramp və onun Respublikaçılar Partiyasının müttəfiqlərinin seçki kampaniyasına 274 milyon dollar ianə edərək, ABŞ-də ən böyük siyasi donor olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Arada çox böyük fərq olmasına baxmayaraq, Maska ən yaxın siyasi donor isə investor Timoti Mellon olub. O, respublikaçılara 197 milyon dollar bağışlayıb.
Agentliyin bildirdiyinə görə, Maskın ianələrinin əsas hissəsi prezidentlik yarışına yönəlib.