2024-cü ilin yanvar-oktyabr aylarında paytaxt Bakıda ticarət dövriyyəsinin həcmi 2023-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,4 faiz artaraq 28 milyard 242,5 milyon manat olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 16 milyard 8,8 milyon manat təşkil edib.
“Qeyri-ərzaq məhsullarının həcmi isə 7,7 faiz artaraq 12 milyard 233,7 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə 49,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,8 faizi isə paytaxtın məhsul bazarlarında satılıb”, - məlumatda deyilir.